Bakı -3 ℃
Xəzər Xəbər
USD 1.7

Sumqayıtda 57 illik yataqxananın uçma təhlükəsi var VİDEO

Veb TV | 187 | 21:11, 19 Yanvar
Sumqayıtda 57 illik yataqxananın uçma təhlükəsi var

Sumqayıtda 57 illik yataqxananın uçma təhlükəsi var. Burada yaşayan 144 ailə köçürülmək üçün 2019-cu ildə siyahıya alınsa da, hələ ki, problemin həlli ilə bağlı addım atılmayıb.


57 illik yataqxana qəzalı vəziyyətdədir .


Söhbət Sumqayıt şəhəri 2-ci mikrorayonda yerləşən 13 saylı yataqxana vaxtilə Sumqayıt Kimya Zavodunun balansında olub və orada çalışanlara müvəqqəti verilib. Burada yaşayan 144 ailə siyahıya alınsa da ancaq konkret bir addım atılmayıb.


Hazırda Yataqxana Sumqayıt Mənzil Kommunal Təsərrüfatı istehsalat Birliyinin balansındadır. İstismar müddətini ötən yataqxana bərbad vəziyyətdədir.


Sumqayıt Mənzil Kommunal Təsərrüfatı istehsalat Birliyindən bildirilib ki, qəzalı bina ilə bağlı lazımi sənədlər hazırlanaraq aidiyyatı qurumlara göndərilib.


İndi sakinlər probleminin tezliklə həll olunmasını gözləyir.



Çox oxunanlar