Xəzər Xəbər

Qəbul imtahanlarında Vətən müharibəsi ilə bağlı suallar olacaq VİDEO

Veb TV | 21:45 • 19 Yanvar 2021
Qəbul imtahanlarında Vətən müharibəsi ilə bağlı suallar olacaq

Bu il keçiriləcək qəbul imtahanlarında tarix fənni üzrə mövzularda şanlı zəfərimizlə bağlı suallar da yer alacaq. Bunu "Xəzər Xəbər"ə açıqlamasında Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib. Dəyişiklik bəzi ixtisas qruplarını əhatə edəcək. Pandemiya şəraiti ilə əlaqədar bəzi mövzular isə sadələşdiriləcək.


Bu il keçiriləcək qəbul imtahanlarında Vətən Müharibəsi ilə bağlı suallar da salınacaq.


Dövlət imtahan mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bildirdi ki, qəbul imtahanı qaydalarında xüsusi bir qeyd var ki, son dövrlərdə baş verən və imtahan iştirakçılarının canlı şahidi olduğu hadisələr də birbaşa test tapşırıqlarında istifadə edilə bilər. Qurum rəsmisi vurğuladı ki, Zəfər Tariximizlə bağlı suallar qəbul imtahanlarının yalnız 2-ci mərhələsinə salınacaq.


Qəbul imtahanlarında Vətən Müharibəsi ilə bağlı suallar tarix fənnindən olacaq. Dəyişiklik 2-ci və 3-cü ixtisas qrup üzrə hazırlaşan abituriyentlər üçün nəzərdə tutulub. Xanlar Xanlarzadə bildirdi ki, bununla bağlı mövzular yaxın günlərdə çap olunacaq Abituriyent 1 jurnalında yer alacaq.


Dövlət İmtahan Mərkəzi Pandemiya şəraiti ilə bağlı çətinlikləri nəzərə alaraq bəzi mövzuları sadələşdirib.Xanlar Xanlarzadə onu da əlavə etdi ki, Artıq Qəbul imtahanlarının birinci mərhələsi üçün abituriyent jurnalının xüsusi buraxılışları çap olunub.



Xəbər lenti