Bakı 2 ℃
Xəzər Xəbər
USD 1.7

Bu il 26 min şəxs işlə təmin ediləcək VİDEO

Veb TV | 233 | 21:37, 19 Yanvar
Bu il 26 min şəxs işlə təmin ediləcək

DOST iş mərkəzi bir neçə dövlət şirkəti və müəssisələrlə saziş imzalayıb. Sazişə görə bəzi dövlət şirkətlərdə mülki müqavilə ilə çalışan əməkdaşların müqavilələrinə xitam verilib. Həmin şəxslər DOST iş mərkəzi tərəfindən əmək müqaviləsi əsasında işlə təmin ediləcək.

 

Bir çox dövlət şirkətlərində mülki müqavilə ilə çalışan şəxslərin fəaliyyətinə xitam verilib. Həmin şəxslər DOST İş Mərkəzi tərəfindən əmək müqaviləsi əsasında işlə təmin olunacaqlar. Bu barədə "XəzərXəbər"ə DOST İş Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ramilə Məmmədli məlumat verib. Onun sözlərinə görə, prosesə bu aydan etibarən start verilir.

 

Ramilə Məmmədli deyir ki, hazırda DOST İş Mərkəzinin diqqətində olan əsas məsələ şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarının işlə təmin olunmasıdır.

 

Qeyd edək ki, ötən il 38 min şəxsin DOST İş Mərkəzi tərəfindən işlə təmin olunması nəzərdə tutulmuşdu ki, nəticə 98 % olub. Bundan başqa koronavirus pandemiyası dövründə 50 min 2 aylıq iş yerlərinin 71%-i işçilərlə təmin edilib. Bu il isə daha 26 min şəxsin işlə təmin olunması planlaşdırılır.


Çox oxunanlar

Neft ucuzlaşıb
27 | 09:28, 26 Fevral