Bakı -1 ℃
Xəzər Xəbər
USD 1.7

Evlilik təklifi baha başa gəldi - 84 min cərimə kəsildi - VİDEO

Veb TV | 236 | 22:17 • 19 Yanvar 2021
Evlilik təklifi baha başa gəldi -

Türkiyənin Antalya şəhərində 29 yaşlı İsmail Göksu adlı şəxs sevgilisinə maraqlı evlilik təklifi edib.


İsmayıl doğum gününü qeyd edən sevgilisinə atomobillə drift edərək çoxlu avtomobilin arasında evlilik təklifi edib. Gənc qız sevgilsinini təklifini yerindəcə qəbul edib.


Həmin anların görüntülər sosial mediada geniş yayılıb. Bundan sonra hüquq-mühafizə orqanları hərəkətə keçib.


Belə ki, sosial məsafə və yol hərəkəti qaydalarının pozulması səbəbilə hadisənin səbəbkarına 84,837 min TL cərimə kəsilib.


İ.Göksü dostlarından drift etməyi istəmək, içkili halda avtomobil idarə etmək, sosial məsafə qaydalarına riayət etməməkdə ittiham olunub./Publika.az


Çox oxunanlar