Xəzər Xəbər

Bulvarda heyrətləndirən mənzərə - Xəzərdəki bu vəziyyət nədən xəbər verir? - VİDEO

Veb TV | 21:14 • 18 Yanvar 2021
Bulvarda heyrətləndirən mənzərə -

Xəzər dənizinin suyu azalır və bu azalma hər ötən il bir az da artır. Dənizkənarı bulvardan Xəzəri izləmək kifayətdir ki, hazırki vəziyyətin nə yerdə olduğunu açıq-aydın görəsən.


Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılovun sözlərinə görə, Xəzərin suyunun azalması son 5 ildə daha da intensivləşib.


Mirnuh İsmayılov deyir ki, relyefin xarakterindən asılı olaraq Lənkəranın bəzi yerlərində Xəzərin suyunda 2, 3, 4 metr çəkilmə varsa, Nabranda 200-300 metr təşkil edir. Bəzi ərazilərdə isə çəkilmə daha yüksəkdir.


Şöbə müdirinin sözlərinə görə, yaxın 2-3 il ərzində su çatışmazlığı əməlli başlı hiss olunacaq. Bu isə Xəzərdə də geri çəkilmələrin davam edəcəyi deməkdir.


Xəbər lenti