Xəzər Xəbər

Azərbaycanda vaksinasiya başladı VİDEO

Veb TV | 19:24 • 18 Yanvar 2021
Azərbaycanda vaksinasiya başladı

Bugündən ölkəmizdə koronavirus əleyhinə vaksinasiyanın birinci mərhələsinə start verilib. Ilk vaksinasiya olunanlar arasında Səhiyyə naziri Oqtay Şirəliyev, İcbari tibbi sığorta üzrə dövlət agentliyinin sədri Zaur Əliyev və TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı da olub. Daha sonra jurnalistlərin suallarını cavablandıran Səhiyyə naziri Oqtay Şirəliyev qeyd edib ki, ölkəmizdə tətbiq edilən vaksin çox effektivdir. İcbari tibbi sığorta üzrə dövlət agentliyinin sədri zaur əliyev bildirib ki, peyvəndləmə nəticəsində Azərbaycan virusdan qurtulan ölkələrdən olacaq.


COVID-19-a qarşı ilk vaksinasiya olunanlar Səhiyyə qurumlarının rəhbərləri olub. Səhər saatlarında Səhiyyə naziri Oqtay Şirəliyev və İcbari Tibbi Sığorta üzrə dövlət agentliyinin sədri Zaur Əliyev qeydiyyatdan keçərək peyvəndləniblər.


TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlıya da kameralar qarşısında vaksin vurulub. O, vaksinin flakonunu da nümayiş etdirib. Daha sonra isə hər üç qurumun digər rəhbər şəxsləri də peyvənd ediliblər.


Vaksinasiya prosesindən sonra Səhiyyə naziri və İcbari Tibbi Sığorta üzrə dövlət agentliyinin sədri jurnalistlərin suallarını cavablandırıb. Onlar bildiriblər ki, gətirilən peyvəndlər keyfiyyətlidir və qısa zaman ərzində ölkəmiz virusdan yaxa qurtaracaq.


İlkin mərəhələdə Səhiyyə işçiləri ilə yanaşı, 65 yaşından yuxarı şəxslər və əks-epidemik tədbirlərə cəlb edilən hüquq mühafizə orqanlarının əməkdaşları vaksinasiyadan keçirilir.


Gəncədə və Abşeron rayonunda da vaksinasiya prosessinə hazırlıq işləri başa çatıb.Gəncədə 6 səhiyyə ocağında bu məqsədlə məntəqələr formaladşırılıb.


Abşeron rayonunda da hazırlıq prosessi başa çatıb. Xırdalan şəhər Poliklinikasının Həkim İnfeksionisti Əminə İsmixanova sözlərinə görə, vaksinasiya prosesi iki mərhələli olmaqla 7 məntəqədə həyata keçiriləcək.


Bu arada ölkəmizdə virus əleyhinə vaksinasiya ilə bağlı pasportlaşdırma aparılacaq.Bu məsələ nazirlər kabinetinin sərəncamı ilə təsdiqlənən "Azərbaycan respublikasında covıd-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası"nda əksini tapıb. Sənədə əsasən pasportlaşdırma peyvənd olunmuş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün nəzərdə tutulub.



Xəbər lenti