Xəzər Xəbər

Azərbaycanda əhalinin vaksinasiyası başlanır - VİDEO

Veb TV | 21:12 • 17 Yanvar 2021
Azərbaycanda əhalinin vaksinasiyası başlanır -

Sabahdan etibarən Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya başlanır. Artıq Bakıda fəaliyyət göstərən bir neçə tibb müəssisəsində bütün işlər yekunlaşıb.

Onlardan biri də 24 nömrəli birləşmiş şəhər xəstəxanasıdır.

Xezerxeber.az-ın məlumatına görə, vaksinasiya prosesi hər otaqda olan üç vaksinator tərəfindən aparılacaq.

Xəstəxananın baş tibb bacısı İradə Tanrıverdiyeva bildirib ki, artıq siyahıyaalma yekunlaşıb.

Qeyd edək ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na əsasən nəzərdə tutulmuş icraçı orqanlar zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etməli və işlərin gedişatı barədə məlumatları mütəmadi olaraq Nazirlər Kabinetinə təqdim etməlidir. Eyni zamanda vaksinasiyanın monitorinqi və qiymətləndirilmə sistemi yaradılacaq. Bu sistem strategiyanın icrasının qiymətləndirilməsi, problemlərin aşkar olunması, aradan qaldırılması və müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazım olan məlumatlarla təmin etməlidir.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Xəbər lenti

Çox oxunanlar