Xəzər Xəbər

Milli irsimizin daşıyıcıları... - VİDEO

Veb TV | 20:52 • 17 Yanvar 2021
Milli irsimizin daşıyıcıları... -

Azərbaycana məxsus milli geyimləri qoruyur, təbliğ edir və beləcə milli irsimizə sahib çıxırlar...

Xezerxeber.az-ın məlumatına görə, söhbət Fuad Cəbrayılov və Ruslan Hüseynovdan gedir.

Hər iki şəxs milli geyimlərimizi tapır, bərpa edir və irsimizi gələcək nəsillərə çatdırmağı özlərinə borc bilirlər.

Onlar təkcə geyimləri və zinət əşyalarını toplamır, həmçinin boxçalarında o əmanətləri istifadə edənlərin xatirələrini saxlayırlar.

Fuad Cəbrayılov deyir ki, o, hələ uşaqkən muzeylərə gedəndə geyimlərə toxunurdu: "Hamı eksponatlara baxırdı, mən isə hiss edirdim".

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Xəbər lenti