Bakı 5 ℃
Xəzər Xəbər
USD 1.7

TÜRKSOY və Türk Şurasının nümayəndə heyəti işğaldan azad olunmuş rayonlara səfər edib - VİDEO

Veb TV | 225 | 21:02 • 17 Yanvar 2021
TÜRKSOY və Türk Şurasının nümayəndə heyəti işğaldan azad olunmuş rayonlara səfər edib -

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam rayonuna səfər edib.


Xezerxeber.az xəbər verir ki, qonaqlar erməni millətçilərinin yerlə-yeksan etdikləri Ağdam şəhərinin xarabalıqlarına baxıb, Cümə məscidini və Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan Cavanşirin məqbərəsi, Ağdam Dram Teatrı və Ağdam Çörək muzeyinin qalıqları ilə tanış olublar. 


Nümayəndə heyəti sonra işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.


Əvvəlcə qonaqlar Füzuli-Şuşa yolunun tikintisi ilə tanış olublar, Füzuli şəhərinin xarabalıqlarına baxıblar. Onlar həmçinin Füzuli şəhərində dağıdılmış məscidin və "Araz” qəzetinin binalarına baş çəkiblər. 


Səfər zamanı TÜRKSOY-un dəstəyi ilə yeni nəşr edilən Türkiyənin milli şairi Kenan Çarboğanın "Kitabi-Dədə Qorqud” dastanı əsasında nəzmə aldığı "Korkutname” əsərinin təqdimatı olub.


Nümayəndə heyəti TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, TÜRKSOY-un əməkdaşı Elçin Qafarlı, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digər şəxslərdən ibarətdir.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:



Çox oxunanlar