Bakı 7 ℃
Xəzər Xəbər
USD 1.7

Erməni vandalizmi: Cəbrayıl rayonunun Quycaq kənd qəbiristanlığı dağıdılıb - VİDEO

Veb TV | 267 | 23:01 • 17 Yanvar 2021
Erməni vandalizmi: Cəbrayıl rayonunun Quycaq kənd qəbiristanlığı dağıdılıb -

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Quycaq kənd qəbiristanlığı yerlə-yeksan olunub, məzarlar dağıdılıb.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı görüntülər illər sonra yaxınlarının məzarını ziyarət edən kənd sakini Qiyas Quliyev tərəfindən çəkilib.

Görüntülərdə əks olunan kadrlar dəyişməyən erməni xislətinin bariz nümunəsidir.

Qiyas Quliyev deyib ki, ermənilər kənd qəbiristanlığında təxminən 200-ə yaxın qəbirə qarşı görünməmiş vandalizm aktı törədiblər.

Onun sözlərinə görə, bu cür əməllər, əslində ermənilərin köhnə xislətidir. İllər keçsə də, onlar belə vandal hərəkətlərindən əl çəkmirlər.

Xatırladaq ki, Cəbrayıl rayonu 2020-ci il oktyabrın 4-də Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Çox oxunanlar