Xəzər Xəbər

Pomidor idxalına qoyulan qadağa böyük maliyyə itkisi yaradıb - VİDEO

Veb TV | 22:16 • 17 Yanvar 2021
Pomidor idxalına qoyulan qadağa böyük maliyyə itkisi yaradıb -

Ötən ilin sonlarında Rusiya ölkəmizdən pomidor idxalına qadağa qoydu. Sonradan qadağanın bir hissəsi götürülsə də, yaşanan ümumi vəziyyət məhsulun ixracı ilə məşğul olan sahibkarların maliyyə itkisi ilə üzləşməsinə səbəb oldu.

Xezerxeber.az-ın məlumatına görə, iqtisadçı-ekpsert Rəşad Həsənov deyib ki, sahibkarlar iki ay ərzində təxminən 8 milyon dollar dəyərində zərər görüblər.

Ekspertin sözlərinə görə, ölkəmizdə istehsal edilən pomidorun 90 faizindən çoxu Rusiyaya ixrac edilir.

Qeyri-neft məhsullarının ixracında 10 faizlik paya sahib olan pomidorun Rusiya bazarından asılı olması gələcəkdə də müəyyən problemlərə səbəb ola bilər.

Rəşad Həsənov hesab edir ki, xüsusilə qonşu ölkələrlə ixrac əməliyyatları zamanı bu kimi risklərin ortaya çıxması gözləniləndir. Buna görə də mümkün risklər əvvəlcədən proqnozlaşdırmalı və uyğun addımlar atılmalıdır.

Ekspert hesab edir ki, sahibkarlıq subyektləri riskləri sığortalamaq üçün uzunmüddətli strategiyalar hazırlamalıdırlar.

Hazırda dövlət ixrac bazarlarının araşdırılması, sahibkarlıq subyektlərinin marifləndirilməsi, məhsulların xarici bazarlarda təqdim edilməsi üçün müəyyən fəaliyyətlərə dəstək verir.

Rəşad Həsənov deyib ki, bu mexanizmin çevikliyi təmin edilərsə, növbəti 5 ildə pomidor və digər qeyri-neft məhsullarının ixrac dairəsinin daha da genişləndirilməsi mümkün olacaq.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Xəbər lenti