Bakı -3 ℃
Xəzər Xəbər
USD 1.7

Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib - VİDEO

Veb TV | 1,336 | 19:51, 17 Yanvar
Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib -

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.


Xezerxeber.az-ın məlumatına görə, Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.


O bildirib ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiyaya 6 gün ərzində 1751 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.


Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 202 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.


Komissiya tərəfindən həftə ərzində cəmi 1953 vətəndaş qəbul edilibvə müraciətləri qeydə alınıb.

Həmçinin səfərbərlikdən tərxis edilmiş vətəndaşların müraciətlərinə baxmaq üçün qaynat xətlər də fəaliyyət göstərir. 

Anar Eyvazov onu da deyib ki, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyaya "veteran adı” və yaxud "veteran kitabçası"nın verilməsi səlahiyyəti verilməyib.


"Komissiyanın "veteren adı" və kitabçasının verilməsi səlahiyyəti yoxdur. Buna görə də vətəndaşlardan xahiş edirik ki, komissiyaya bu məsələ ilə əlaqədar müraciət etməsinlər",- deyə A.Eyvazov qeyd edib.


Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:



Çox oxunanlar