Xəzər Xəbər

Ermənistan beynəlxalq məhkəmə qarşısında cavab verməli olacaq - VİDEO

Veb TV | 20:05 • 17 Yanvar 2021
Ermənistan beynəlxalq məhkəmə qarşısında cavab verməli olacaq -

Ermənistan 30 ilə yaxın işğalçı siyasəti ilə pozduğu hüquqlara görə qanun qarşsında cavab verməlidir. Artıq məsələnin hüquq müstəvisində həll olunması üçün Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi Avropa Məhkəməsinə göndərilib.

Xezerxeber.az-ın məlumatına görə, ərizənin hazırlanmasına beynəlxalq hüquq sahəsində tanınmış ekspertlər və Azərbaycan Respublikasının aparıcı hüquqşünasları cəlb olunublar.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilmiş sənəddə vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün Ermənistandan zəruri tədbirlərin görülməsi tələb olunur.

Bununla yanaşı, 2020-ci ilin iyul ayında Ermənistan Respublikasının silahlı qüvvələrinin Tovuz istiqamətində hərbi təxribatı nəticəsində Azərbaycan vətəndaşlarının İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə qorunan hüquqlarının pozulmasına dair faktlar da ərizədə öz əksini tapıb. Həmçinin Ermənistanın işğal etdiyi ərazilərdə külli miqdarda mina basdırması, şəhər və kəndlərimizi yerlə-yeksan etməsi, habelə işğaldan azad edilmiş ərazilərimizə 2020-ci il 10 noyabr tarixli kapitulyasıya aktından sonra qanunsuz silahlı birləşmələr göndərməsi səbəbindən Azərbaycan Respublikası vətəndaşlarının öz evlərinə qayıtmaq hüququndan məhrum edildiyi vurğulanır. Məhkəmənin qərarına Ermənistanın əməl etməsi isə məcburidir.

Məhkəmənin qərarı zamanı əsas götürülən faktlardan biri də beynəlxalq müşahidəçilərin gəldiyi qənaətdir. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun tamamilə məhv edilməsi, o cümldən dinc əhaliyə qarşı hərbi cinayətlərin işlənməsi ilə bağlı da beynəlxalq təşkilatların kifayət qədər rəyləri mövcuddur.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Xəbər lenti