Xəzər Xəbər

Şuşada xüsusi əməliyyat: raket, mərmi aşkarlandı VİDEO

Veb TV | 21:56 • 16 Yanvar 2021
Şuşada xüsusi əməliyyat: raket, mərmi aşkarlandı

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik işğaldan azad edilmiş ərazilərdə əməliyyat-axtarış tədbirlərini davam etdirir. Şuşada aparılan axtarışlar zamanı xeyli sayda partlamamış hərbi sursat aşkarlanaraq,agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Şuşada 20 hektar ərazi minalardan təmizlənib..

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat katibi Səbinə Sərkərova "XəzərXəbər"ə bildirib ki, 4-13 yanvar tarixlərini əhatə edən xüsusi axtarışlar zamanı Şuşada xeyli sayda partlamamış hərbi sursataşkarlanıb.

Səbinə Sərkərovanın sözlərinə görə, Agentliyinin xüsusi mobil çevik əməliyyat qrupları hazırda da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə axtarış işlərini davam etdirir.

Axtarış işləri bundan sonra da uzun müddət davam etdiriləcək.

Xəbər lenti