Bakı 11 ℃
Xəzər Xəbər
USD 1.7

Kəndimiz işğal olunanda nəsli kəsilməsin deyə, Qarabağ atlarını Bakıya gətirdim VİDEO

Veb TV | 209 | 21:55, 15 Yanvar
Kəndimiz işğal olunanda nəsli kəsilməsin deyə, Qarabağ atlarını Bakıya gətirdim

Ağdam sakini yaşadığı Eyvazxanbəyli kəndi 1993-cü ildə işğal olunarkən oradan hər hansı bir qiymətli əşyanı və ya sənədi yox, Qarabağ atlarını çıxarıb. Məqsədi bu atların nəslinin kəsilməsinin qarşısını almaq olub. O, atları Bakıya gətirib və burada təsərrüfat yaradıb.


Kənd işğal olunanda nəsli kəsilməsin deyə Qarabağ atlarını Bakıya gətirib.


Əslən Kəlbəcərdən olan Şəmsəddin Ağdam doğulub və Qarabağ atlarını saxlamaq həvəsi də onda uşaqlıqdan yaranıb. Onun atası da 1948-ci ildən Qarabağ cinsindən atları yetişdirib. Şəmsəddin Atayevin sözlərinə görə, onların at ilxısı Ağdamın Eyvazxanbəyli kəndində olub. 1993-cü ildə kənd işğal olunandan sonra həmin Qarabağ atlarını Bakıya gətirib və Cıdır Meydanında saxlamağa başlayıb.


Hazırda burada 8 baş Qarabağ atı var. Onlara qulluq göstərənlər də Şəmsəddin Atayevin qardaşı, eləcə də özünün və qardaşının övladlarıdır. Təsərrüfat sahibi deyir ki, Qarabağ atlarına xüsusi qulluq olunmalıdır. Bu atlar bir sıra xüsusiyyətlərinə görə də digər cinslərdən fərqlənir.


Şəmsəddin Atayevin niyyəti Eyvazxanbəyli kəndinə qayıtmaq və orada kürən Qarabağ atlarını yetişdirməkdir.


Atayevlərin "Köhlən" adlı komandaları da var ki, bu komanda ilə yarışlarda uğur da qazanıblar.



Çox oxunanlar