Bakı -3 ℃
Xəzər Xəbər
USD 1.7

Qazi Pərviz Əliyevin döyüş xatirələri VİDEO

Veb TV | 198 | 21:45, 15 Yanvar
Qazi Pərviz Əliyevin döyüş xatirələri

Kimisi hansısa şəhidimizin son nəfəsinə şahid olub, kimisi ağır gedən döyüşlərdə yaralandığı üçün özünü günahkar hesab edib. Amma hamısı bu vətən torpaqları uğrunda can qoyub. Qazilərimizdən bəhs edirik. O qazilər ki, sağ qalan canlarını da vətənin azadlığı uğrunda qurban verməyə hazırdılar. Qazi Pərviz Əliyev kimi...


"Torpağın Vətən olması üçün ona qan tökülməlidir, göz dikənlərin qanı..." Bu sözləri 630 balla universitetə daxil olub, müharibəyə könüllü yollanan qazimiz deyir... Döyüşlərdə başından ağır yaralanıb, həyatını xilas etmək çətinliklə mümkün olsa da, nitq qabiliyyətində müəyyən qüsurlar yaranıb. Hələ qarşıda onu ağır əməliyyatlar gözləyir. Amma üzündə qələbədə iştirak etməyin sevinci, xoşbəxtliyi var Pərvizin. Onu öz dilindən tanıyın:


Dilinə gətirə bilmədiklərini ürəyinə yığıb. Ən çox da Şuşanın qələbə xəbərini eşidəndə sevinib. Ağrıları yadından çıxıb, cəbhədə yaşadığı bütün əzab-əziyyətlərini unudub özünü həyətə atıb. Camaata qoşulub sevinmək üçün, amma sonra yadına düşüb ki, cəbhədə deyil.


Cəbhəyə yollanmadan əvvəl vəziyyətini yazıb Pərviz. "Əgər mən qayıtmasam..."la başlayan o sətirlər indi onun xidmət etdiyi hərbi hissədə saxlanır. Bilirdim ki, mən ölsəm də Vətən sağ olacaq!


Sən yaşa, Pərviz! Sağ qalan ürəyinlə, ürəyindəkiləri yaşatmaq üçün, azad, qalib Azərbaycanda qürurla, şərəflə addımlamaq üçün yaşa, qazi qardaşım! Vətən sənə, sənin timsalında canından, sağlamlığından keçən bütün oğullara minnətdardır! Zəfərimiz mübarək!




Çox oxunanlar