Xəzər Xəbər

Zəfər muzeyi burda olacaq: Texnikalar əraziyə gətirildi VİDEO

Veb TV | 21:31 • 15 Yanvar 2021
Zəfər muzeyi burda olacaq: Texnikalar əraziyə gətirildi

Bakıda vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılır. Bunun üçün Ağ Şəhər Bulvarında böyük bir ərazi ayrılıb. Azərbaycan xalqının vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan muzeyə artıq məhv edilən və qənimət kimi ələ keçirilən erməni texnikaları da gətirilib. Zəfər muzeyində tikinti işləri sürətlə davam edir, fevral ayında tam yekunlaşdırılması planlaşdırırlır


Döyüş meydanını xatırladan bu kadrlar əslində zəfər nişanələrimizdir.


44 günlük zəfər tariximizdə ermənistan üzərindəki parlaq qələbəmizi bu kadrlardan daha gözəl heç nə izzah edə bilməz. Burada müharibənin bütün izlərini açıq aydın görmək mümkündür. Çünkü burada 100-lərlə məhv edilən, həm də qənimət kimi götürülən hərbi texnikalar cəmləşdirilib. Görüntülər ölkə başçısının sərəncamı ilə zəfərimizi nümayiş etdirmək məqsədi ilə yaradılması nəzərdə tutulan memorial kompleks və Zəfər muzeyindəndir. Artıq bakıda ağ şəhər bulvarında bu kompleks üçün böyük bir ərazi ayrılıb və işlərə başlanıb.


Hələ natamam olan muzey indidən ermənistan ordusu haqqında fikir formalaşdırmağa imkan verir. Qorxaq erməni ordusu fikirini bizdə vurularaq məhv edilən və döyüş meydanında işlək vəziyyətdə sahibsiz buraxılan texnikalar yaradır


Muzeyin şəhərin ən gözəl nöqtələrindən sayılan ağ şəhərdə salınması da təsadüfü deyil. Çünkü bu turistlərin ən çox səfər etdikləri yerlərdən sayılır. Bu isə o deməkdir ki, məğlub erməni ordusunu bu texnikalarını təkcə biz yox, həm də xarici turistlərimiz görəcək


Hələ hazır olmayan Zəfər memorial komlpeksi indidən böyük marağa səbəb olub. İnsanlar bura gəlib şəkil çəkdirərək qələbəni əbədiləşdirirlər...


Belə yerdə ermənistan rəhbərliyinin hələ döyüşlər başlamazdan əvvəl iddialı çıxışı yada düşür.


Qeyd edək ki, Zəfər Muzeyi Prezidentin 03 dekabr 2020 -ci il tarixli Sərəncamı ilə yaradılır. Burada məqsəd azərbaycan xalqının vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsidir. İşlərin fevral ayında tam yekunlaşdırılması planlaşdırırlır.


Xəbər lenti