Xəzər Xəbər

Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? VİDEO

Veb TV | 20:31 • 15 Yanvar 2021
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək?

Hərbi polis bölmələri ölkə ərazisində reydlərə başlayıb. Məqsəd hərbi formadan qanunsuz istifadə hallarının qaşısını almaqdır. Müvafiq hüququ olmadan bu formanı geyinənləri cərimə gözləyir.


Hərbi formanı qanunsuz geyinib gəzənlərə qarşı reydlərə başlandı.


Müdafiə Nazirliyindən bildirilib ki, Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və Vətən müharibəsində iştirak etdikdən sonra tərxis olunmuş bəzi vətəndaşların, eləcə də digər şəxslərin bəzən hərbi forma geyinmək hüququna malik olmadıqları halda, bu geyimdən istifadə etdikləri aşkarlanıb. Xüsusilə də geyim formasından istifadə qaydalarının kobud şəkildə pozulması halları qeydə alınıb.


Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, bu cür halların qarşısının alınması məqsədilə qarnizonlarda reydlərə başlanıb.


Müdafiə Nazirliyi hərbi formanı geyinmək hüququ olmayan şəxsləri bu geyim formasından istifadə etməməyə çağırır.


Xəbər lenti