Bakı 11 ℃
Xəzər Xəbər
USD 1.7

Təlimçilər kobud şəkildə qayda pozur VİDEO

Veb TV | 200 | 19:55, 15 Yanvar
Təlimçilər kobud şəkildə qayda pozur

Bakıda son vaxtlar sürücülüyü öyrədən bəzi təlimçilər kobud qayda pozuntusuna yol verirlər. Onlar avtomobil sürməyi öyrətdikləri şəxsi sükan arxasında hərəkətdə olmasını çəkib sosial şəbəkələrdə paylaşırlar. Yol hərəkəti üzrə ekspertlər deyirlər ki, bu, inzibati xəta olmaqla yanaşı, həm də bir təlimçi üçün pis örnəkdir.


Sürücü tələbəsinə avtomobil idarə etməyi öyrətmək əvəzinə, ona sanki qayda pozmağı aşılayır.


Təlimçi qadın avtomobil sürməyi öyrənən qadının yanında mobil telefonla çəkiliş edərək onun da fikrini yayındırır. Onun bu hərəkəti sükana hələ tam hakim olmayan naşı sürücünü hər an çaşdıra bilər.


Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, qanunvericiliyə görə, təlim prosesi zamanı təlim alan tələbə və avtomobilin sərnişin yerində əyləşmiş təlimçi sürücü sayılırlar. Yəni hər iki şəxs sürücü statusunu daşıyır. Bununla bağlı Konstitusiya məhkəməsinin və Ali məhkəmənin qərarları da var.


Ərşad Hüseynov onu da bildirdi ki, təlimçiyə tələbəsini öyrədərkən yalnız təhlükəsizlik kəmərindən istifadə etməməsinə icaza verilir. Bu da ona görədir ki, sürücülüyü öyrənən şəxs əgər xətaya yol verərərsə, təlimçi anında sükana müdaxilə edə bilsin.


Çox oxunanlar