Bakı 12 ℃
Xəzər Xəbər
USD 1.7

Qəhrəman döyüşçülərimizi tanıyaq: Şəhid Rüfət Mehdizadə VİDEO

Veb TV | 210 | 19:36 • 15 Yanvar 2021
Qəhrəman döyüşçülərimizi tanıyaq: Şəhid Rüfət Mehdizadə

''Düşmən kimidir ki, biz ondan qorxaq. Onlar bizdən qorxsun ki, biz gəlirik''. İmişli rayon sakini Rüfət Mehdizadə bu kəlmələri deyərək vətən müharibəsinə qatılır. O Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Rüfət Mehdizadə ölümündən sonra "Vətən uğrunda", eləcə də ''Xocavənd''-in, ''Füzuli''nin və ''Zəngilan''ın azad olunmasına görə medalları ilə təltif edilib..


O da vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı. Söhbət İmişlinin Qulubəyli kəndində anadan olmuş Rüfət Mehdizadədən gedir.


2015-ci ildə hərbi xidməti başa vuraraq doğulub boya-başa çatdığı Qulubəyli kəndinə qayıdıan Rüfət 2020-ci ilin sentybarında başlayan vətən müharibəsinə qatılır. O Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərərk düşmənin canlı qüvvəsini və texnikasını məhv edir.


Dəfələrlə anasına, qardaşına ''torpaqlarımızı azad edəcəm'' deyən Rüfət Mehdizadə ötən ilin oktyabrın 29-da qəhrəmancasına şəhid olur.


Qardaşı və bacısı bu gün şəhid qardaşları ilə fəxr edirlər. Çünki müzəffər ordumuzun şanlı qələbəsində onun da payı var.


Qeyd edək ki, şəhid Rüfət Mehdizadə ölümündən sonra "Vətən uğrunda", eləcə də ''Xocavənd''-in, ''Füzuli''nin və ''Zəngilan''ın azad olunmasına görə medalları ilə təltif edilib.



Çox oxunanlar