Xəzər Xəbər

Düşmənə ağır zərbə vuran şəhid zabitimiz Niyət Şirəliyevin döyüş yolu - VİDEO

Veb TV | 19:30 • 9 Yanvar 2021
Düşmənə ağır zərbə vuran şəhid zabitimiz Niyət Şirəliyevin döyüş yolu -

Vətən müharibəsində canını fəda edən qəhrəman zabitlərimizdən biri də kapitan Niyət Şirəliyev olub.

Xezerxeber.az-ın məlumatına görə, Niyət Şirəliyev 1990-cı ildə Şamaxı rayon, Ovculu kəndində anadan olub.

O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Leytenant rütbəsi alaraq zabit kimi Müdafiə Nazirliyinin Təlim- Tədris Mərkəzində öz ixtisası üzrə biliklərini artırıb.

Vətən müharibəsi rəhbərlik etdiyi heyətlə birlikdə Kəlbəcər uğrunda gedən döyüşlərdə, Murovdagda olan yüksəkliklərin işğaldan azad edilməsi əməliyyatlarında iştirak edib. O, düşmənin dərinliklərinə sızaraq onların çoxlu sayda canlı qüvvəsini məhv edib. Qəhrəman zabitimiz həmin ərazidə gedən gərgin döyüşlərdə şəhid olub.

Qeyd edək ki, şəhid Niyət Şirəliyev 2016-cı ildə Aprel döyüşlərində və 2020-ci ildə Tovuz rayonunda düşmən təxribatının qarşısının alınmasında da iştirak edib.

Ruhun şad olsun cənab kapitan! Sizin kimi qorxmaz hərbçilərimizin qəhrəmanlığı nəticəsində ərazilərimiz işğaldan azad olundu.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Xəbər lenti