Xəzər Xəbər

Xalq ümummilli lider Heydər Əliyevi anır - VİDEO

Veb TV | 19:45 • 12 Dekabr 2020
Xalq ümummilli lider Heydər Əliyevi anır -
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir.

Xezerxeber.az xəbər verir ki, səhər saatlarından başlayaraq insanlar Fəxri xiyabana gəldilər. Vətəndaşlar ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini andılar.

Müstəqil Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyevi ziyarətə gələnlər arasında rəsmilər, hərbçilər, qazilər, bir sözlə ictimaiyyətin bütün təbəqələrindən olan insanlar var idi.

Dövlət qurumlarının işçiləri eləcə də müxtəlif təşkilatların nümayəndələri Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etdi, məzarı önünə gül dəstələri qoydular.

Ümumilli lider Heydər Əliyevə olan ümumxalq məhəbbəti tükənməz və əbədidir. Fəxri xiyabanda yaşanan bu mənzərə xalqın ümummilli lider Heydər Əliyevə olan məhəbbətini və ehtiramını nümayiş etdirir.

Təkcə paytaxt deyil, ölkəmizin hər yerindən ulu öndəri ziyarətə gələnlər oldu.

Polis əməkdaşları isə insanların təhlükəsiz hərəkətini təmin etmək üçün gücləndirilmiş iş rejimində çalışıblar. Fəxri xiyabanın yaxınlığında yollar bağlanıb və polis postları qurularaq vətəndaşların pandemiya qaydalarına uyğun keçidi təmin edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti