Xəzər Xəbər

Yaşayış yerini tərk edən koronavirus xəstələri barəsində tədbirlər görülür - VİDEO

Veb TV | 20:39 • 12 Dekabr 2020
Yaşayış yerini tərk edən koronavirus xəstələri barəsində tədbirlər görülür -

Yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Cəlilabadda koronavirusa yoluxmuş şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib. Məlum olub ki, rayon sakini Mehman Abbasovun COVID-19 testinin nəticəsi pozitiv çıxıb və ona ev şəraitində müalicə təyin edilib. Lakin polis əməkdaşlarının araşdırması zamanı həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi mülum olub. O, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Masallı sakini Zahid Teyyubova da COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Ona yaşayış yerini tərk etməməsi tapşırılıb. Lakin həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə saxlanaraq yaşadığı ünvana geri qaytarılıb.

Qubada isə koronavirus xəstəsi olan ata və oğul evi tərk ediblər. Araşdırma zamanı müəyyən edilib ki, Hacıhüseynli kənd sakinləri Kamal Abdurahmanov və oğlu Seymur Abdurahmanov yaşadıqları evi tərk edərək aptekə gediblər. Onların bu hərəkəti aptekin müşahidə kameraları vasitəsilə də qeydə alınıb. Ata və oğul tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvana qaytarılıblar.

Siyəzəndə də COVID-19 xəstələri yaşayış yerini tərk edib. Məlum olub ki, rayon sakinləri Sədir Hüseynov və Gündüz Yəhyəyevə COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin edilib. Lakin hər iki şəxs qaydalara əməl etməyərək yaşadıqları evi tərk ediblər. Hər iki şəxs saxlanaraq yaşadığı ünvana geri qaytarılıb. Bütün faktlarla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti