Bakı 10 ℃
Xəzər Xəbər
USD 1.7

Valeh Bədəlov "Vətən Müharibəsi Qəhrəmanı"dır - VİDEO

Veb TV | 463 | 20:10 • 12 Dekabr 2020
Valeh Bədəlov "Vətən Müharibəsi Qəhrəmanı"dır -

İxtisasca filoloq olsa da, hərb sahəsini seçmişdi...

Xezerxeber.az-ın məlumatına görə, Valeh Bədəlov uşaqlıqdan hərbi sahəyə marağı və vətənpərvərliyi ilə seçilib. Hələ 7 yaşında ikən şeir qoşmağa, nağıl, hekayə yazmağa başlayan Valehin yazdıqları da elə vətənpərvərlik ruhunda olub. Filologiya üzrə 5 il ali təhsil alsa da, hərbi sahəyə olan marağı onun yolunu Xüsusi Təyinatlı Qüvvələrə salır.

Valeh Bədəlov öz işi və döyüş yolu barədə heç vaxt ailəsinə, yaxınlarına məlumat verməyib.

Qəhrəmanımızın atası deyir ki, vətən uğrunda şəhid olmaq hər kəsə nəsib olmur. Bacısı da daim Valehlə qürur duyduğunu bildirib.

Ailəsi yalnız Valeh şəhid olduqdan sonra biliblər ki, o, kəşfiyyatçı və qrup komandiri olub. Onun şücaəti barədə müharibə bitdikdən sonra ailəni ziyarət edən döyüş yoldaşları danışıb.

30 yaşlı Valeh Bədəlov evli idi. Ondan geriyə iki azyaşlı qız övladı qalıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Çox oxunanlar