Xəzər Xəbər

“YAŞAT” Fonduna Himayəçilik Şurası nəzarət edəcək - VİDEO

Veb TV | 21:21 • 8 Dekabr 2020
“YAŞAT” Fonduna Himayəçilik Şurası nəzarət edəcək -

Yeni təsis olunan "YAŞAT" Fonduna ümumi nəzarəti Prezident İlham Əliyev tərəfindən yaradılan Himayəçilik Şurası həyata keçirəcək.

Şura üzvləri fondun vəsaitinin formalaşdırılması və idarə olunması prosesində yaxından iştirak edərək, müvafiq qərarlar qəbul edəcəklər.

Himayəçilik Şurasının ümumilikdə 11 üzvü var və onlardan biri də Xalq artisti Mənsum İbrahimovdur.

Xezerxeber.az-ın məlumatına görə, Xalq artisti deyib ki, Vətən müharibəsi ilə yanaşı, birinci Qarabağ döyüşlərinin iştirakçıları da yeni yaradılan fondun dəstəyini görəcəklər.

Himayəçilik Şurasının üzvlərindən olan ehtiyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, yeni yaradılan fond dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verəcək.

Fondun vəsaiti könüllü ianələr hesabına toplanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti