Xəzər Xəbər

İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənir - VİDEO

Veb TV | 19:43 • 30 Noyabr 2020
İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənir -

Vətən müharibəsi başladığı gündən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) 2061 məlumat daxil olub.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə ANAMA-nın direktoru Qəzənfər Əhmədov keçirdiyi birifinqdə bildirib.

Onun sözlərinə görə, 27 sentyabrdan indiyədək 727 ədəd partlamamış hərbi sursat, 4330 ədəd piyada əleyhinə, 1110 ədəd tank əleyhinə mina aşkarlanıb.

O, son günlər işğaldan azad edilmiş ərazilərdə mülkü şəxslərin minaya düşməsi məsələsinə də aydınlıq gətirilib. ANAMA-nın direktoru bütün yollarda və keçidlərdə polis tərəfindən mühafizə zolaqlarının qurulduğunu vurğulayıb: "Amma görünən odur ki, insanlar həmin ərazilərə qaçaq yollarla daxil olurlar".

ANAMA növbəti dəfə bədbəxt hadisələrin baş verməməsi üçün vətəndaşlara xəbərdarlıq edib.

ANAMA-nın direktoru onu da bildirib ki, tədbirlər planına uyğun olaraq ərazilər xüsusi texnikalarla təmizlənərək qısa zaman ərzində təhvil veriləcək. Bu məqsədlə Agentlik əməkdaşları işğaldan azad edilmiş ərazilərə səfərbər edilib.

Minatəmizəmə işləri Şuşada da aparılır. Rayona yol, elektrik xətləri və su kəmərlərinin çəkiləcəyi ərazilərin minalardan təmizlənməsinə artıq başlanılıb.

Agentliyin Operativ Qərargah rəisi İdris İsmayılov bu istiqamətdə işlərin artıq bir neçə gündür ki, davam etdiyinə diqqət çəkib. Ancaq bu işlərin hansı müddətdə yekunlaşacağını söyləmək çətindir. Çünki ərazi mürəkkəb relyefə malikdir, partlayıcı maddələr, əsasən, əllə təmizlənir.

İdris İsmayılov nəzərə çatdırıb ki, Xudafərin körpüsü ətrafında 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

"Yaşayış məntəqələrində, işğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlərin açılması, əhali arasında maarifləndirmə işinin aparılması yönündə çalışırıq",-deyə Operativ Qərərgahın rəisi bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti

Çox oxunanlar