Xəzər Xəbər

Oğluna Polad Həşimovun adını verən qəhrəman qazimiz evinə döndü - VİDEO

Veb TV | 20:16 • 22 Noyabr 2020
Oğluna Polad Həşimovun adını verən qəhrəman qazimiz evinə döndü -

Balasına sarıldı, qoxladı, dayanmadan öpərək bağrına basdı...

Xezerxeber.az-ın məlumatına görə, müddətdən artıq hərbi qulluqçudur Sadiq Abbaslı. Tovuz döyüşləri zamanı eşidir ki, körpəsi dünyaya gəlib. Həmin gün general Polad Həşimovun 3 mərasimi olduğundan balasına da onun adını verir.

Yenidən döyüşə qayıdan 24 yaşlı qəhrəmanımız adını Vətən müharibəsinin də səhifələrinə yazdırır. O, Suqovuşan, "Mübariz postu" və daha 15 postun alınmasında qəhrəmanlıq göstərir, amma iki dəfə ağır yaralanır.

Sadiq Vətən müharibəsinə könüllü yollanan qardaşı Oruc ilə çiyin-çiyinə döyüşüb. Qəhrəman qardaşları böyüdən ata isə son günə kimi Tərtərin İlxıçılar kəndində, öz evlərində qalaraq iki balasının yolunu gözləyib.

Sadiqin anası Fazilə xanım əslən Laçın rayonundandır. Deyir ki, oğlu onu Laçın torpağına aparacağına söz verib.

Anası ilə yanaşı, Vətəninə də sadiq oğul oldu Sadiq! Yaralı olsa da üzü gülür, çünki ürəyi şaddır, uğrunda qan tökdüyü torpaqlarımızda bu gün Azərbaycan bayrağı dalğalanır!

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti