Xəzər Xəbər

Üçtərəfli bəyanatın bütün bəndlərinin icrası zəruridir - ŞƏRH - VİDEO

Veb TV | 19:45 • 22 Noyabr 2020
Üçtərəfli bəyanatın bütün bəndlərinin icrası zəruridir -

Ermənistanın faktiki olaraq kapitulyasiyasını ehtiva edən üçtərəfli bəyanat Azərbaycanın maraqlarına tam uyğun olduğundan onun dəqiqliklə icra edilməsi ölkəmiz üçün prioritet təşkil edir. Odur ki, ölkə başçısı bütün görüşlərdə bunu ifadə edir.

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Elşad Mirbəşir Azərbaycan Prezidentinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

Politoloqun sözlərinə görə, hələ münaqişənin ilk illərindən Azərbaycanın mövqeyi qəti idi və bu mövqe artıq müvafiq sənəddə də öz əksini tapıb.

Millət vəkili bildirir ki, ölkə başçısının qeyd etdiyi kimi, Rusiya və Türkiyə bu münaqişənin danışıqlar yolu ilə sonlanmasında böyük səy göstəriblər və təbii ki, tərəflər elə bu bəyanatın icrasına da nəzarət edirlər. Üstəlik, bu tarixi sənəd təkcə iki ölkə üçün yox, bütün bölgənin gələcəyi üçün də vacibdir.

Politoloqun sözlərinə görə, hazırda Azərbaycanın qarşısındakı əsas məqsəd bölgədəki təhlükəsizliyi təmin etməkdir ki, bu məsələlər də bəyanatda öz əksini tapıb. Ona görə də ölkə başçısı tərəfləri götürdükləri öhdəliyə sadiq olmağa səslədi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti