Xəzər Xəbər

Rusiyanın xarici işlər naziri Bakı görüşünün detallarını açıqladı - VİDEO

Veb TV | 19:25 • 22 Noyabr 2020
Rusiyanın xarici işlər naziri Bakı görüşünün detallarını açıqladı -

"Bakıdakı danışıqların yekununu olduqca müsbət hesab edirik".

Xezerxeber.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya nümayəndə heyətinin Azərbaycana səfərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Lavrov deyib ki, görüşdə ikitərəfli strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib. Koronavirus pandemiyası bitəndən sonra əyani şəkildə tədbirlərə qayıtmağımız barədə konkret addımlardan danılışıb.

"Bizim ikitərəfli strateji münasibətlərimizi inkişaf etdirmək üçün çoxlu əsaslarımız var", - deyə Rusiya XİN başçısı vurğulayıb.

Rusiya ilə Azərbaycan arasında beynəlxalq təşkilatlardakı əməkdaşlıq da danışıqların əsas müzakirə obyekti olub.

Sergey Lavrov Qarabağla bağlı imzalanan üçtərəfli bəyanata da münasibətini bildirib. Deyib ki, bu sənəd təxminən 30 il ərzində dondurulmuş münaqişədən sonra bu regionda nəhayət ki, sülhün bərqərar olması üçün əsasdır.

Sergey Lavrov qeyd edib ki, Rusiya beynəlxalq təşkilatların Qarabağdakı humanitar problemlərin həll edilməsinə fəal cəlb olunmasında maraqlıdır. Nazir, Türkiyənin münaqişənin həllində rolunu da qiymətləndirib. Bildirib ki, Türkiyə bu regionda real faktordur.

"Türkiyə bizim bir çox istiqamətdə tərəfdaşımızdır. Əlbəttə ki, suveren Azərbaycanın xarici siyasət tərəfdaşını seçmək hüququ var, necə ki, Ermənistan da özünü xarici siyasət tərəfdaşlarını seçir. Bizim Türkiyə ilə Azərbaycan ərazisində Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılmasından ötrü Azərbaycanı dəstəkləməyimiz barədə prinsipal razılaşmamız var. Hansı ki, bu mərkəz Qarabağda atəşkəs rejiminə riayət olunmasını izləyəcək. Bu, atəşkəsin dayanıqlılığını təmin edəcək əlavə faktor olacaq", - deyə Rusiya XİN başçısı vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti