Xəzər Xəbər

Şəhid ailələri və Qarabağ əlillərinə 26 fərdi yaşayış evi verildi - VİDEO

Veb TV | 21:15 • 17 Noyabr 2020
Şəhid ailələri və Qarabağ əlillərinə 26 fərdi yaşayış evi verildi -

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 4 rayonda 26 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Xezerxeber.az-ın məlumatına görə, ümumilikdə, Qazaxda 13, Kürdəmirdə 5, Qubada 3 və Lənkəranda 5 mənzil sahiblərinə təhvil verilib.

Qazax rayonunda yeni mənzillərin sahibləri Azərbaycan hərbçilərinin rəşadəti və dəmir yumruğa çevrilən sarsılmaz birliyimizlə sonsuz qürur duyduqlarını qeyd ediblər.

Mənzillərdə otaq sayları ailə üzvlərinin tərkibinə görə nəzərdə tutulub. Hər bir ev mərkəzləşdirilmiş istilik və havalandırma sistemi, daimi qaz, işıq və su ilə təhciz edilib.

2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti