Xəzər Xəbər

Bu dünyadan bir Aysu köçdü... VİDEO

Veb TV | 21:13 • 28 Oktyabr 2020
Bu dünyadan bir Aysu köçdü...

Ermənistan silahlı qüvvələrinin dünən Bərdənin Qarayusifli kəndinə atdığı raket nəticəsində dünyasını dəyişənlərdən biri də 7 yaşlı Aysun idi. Bu gün balaca qızcığaz gözyaşları ilə torpağa tapşırılıb.


Cəmi 7 yaşı vardı. Məsum həyatı bir neçə dəqiqə ərzində sona çatdı. Bu cənazə erməni terrorunun növbəti qurbanı olan 7 yaşlı Aysun İsgəndərovaya məxsusdur.


Aysun İsgəndərova erməni vandalizmi nəticəsində həyatını itirən onlarla körpədən biridir. Aysun bu gün sevdiklərinin göz yaşı və duaları ilə son mənzilə yola salınıb. Atasının üzünün gülüşü olan balaca qızcığaz indi həmin gülüşü qəfil ölümü ilə kədərə və göz yaşına çevirib.


Baş verən acılara baxmayaraq, bərdəlilər torpaqlarını tərk etməyəcəklərini və terrorçu düşmənə qalib gələcəklərini bildiriblər.


Qeyd edək ki, dünən Ermənistan silahlı qüvvələri Bərdə rayonunun Qarayusifli kəndini "SMERÇ" tipli raketlərdən atəşə tutub.


Xəbər lenti