Xəzər Xəbər

Liseron Budul erməni təxribatına məruz qalır - Makron hökuməti susur - VİDEO

Veb TV | 20:55 • 28 Oktyabr 2020
Liseron Budul erməni təxribatına məruz qalır -

Fransanın "TF-1" telekanalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reportaj hazırlayan reportyora qarşı təyziqlər davam edir. "Sərhədsiz Reportyorlar" Təşkilatı reportajın müəllifi olan jurnalistin kəskin tənqid olunduğunu və ona qeyri-etik, nifrət dolu mesajlar göndərildiyini bildirib və bu hadisəni qınayıb. Ancaq maraqlıdır ki, özünü söz azadlığının müdafiəçisi hesab edən Fransa hökuməti bu məsələdə susur və jurnalisti müdafiə etmir.


Oktyabrın 22-də Fransanın "TF 1" televiziya kanalında yayımlanan "Saat 20" verilişində Dağlıq Qarabağ regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportaj yayımlandıqdan sonra jurnalist və böyük reportyor Liseron Budul erməni təxribatına məruz qalıb. Ermənilər sosial şəbəkələr üzərindən reportyorun ünvanına nifrət dolu saysız-hesabsız mesajlar yazıblar. Şəxsi telefonuna da təhdid ismarıcları göndəriblər.


Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud Mirzəyev deyir ki, erməniləri daim təşvişə salan obyektiv fikrin söylənməsi, əsl həqiqətin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu səbəbdəndir ki, bu cür doğru məlumatlar onları daha da hiddətləndirir.


Umud Mirzəyev "TF-1" və onun jurnalistinə qarşı olan təyziqi azad sözün keşiyində dayanan beynəlxalq təşkilatların pislədiklərini və bu hadisəni qınayan bəyanat yaydıqlarını diqqətə çatdırıb.


Maraqlıdır ki, Fransa hökuməti bu məsələyə münasibət bildirmir. Umud Mirzəyevin fikrincə, Makron hökumətinin ermənipərəst mövqeyi jurnalisti müdafiə etməyə imkan vermir.


Qeyd edək ki, oktyabrın əvvəli iki fransız jurnalist də Dağlıq Qaarabağ münaqişəsi haqqında dərc etdikləri məqalələrdən sonra internet üzərindən erməni icmasının təhdidləri ilə üzləşiblər.


Xəbər lenti