Xəzər Xəbər

Geoloq: Kəlbəcərdə zəngin uran yataqları var - VİDEO

Veb TV | 11:45 • 22 Oktyabr 2020
Geoloq:

Kəlbəcərdə zəngin uran yataqları var. Mən həmin geoloji kəşfiyyat işlərində baş mühəndis kimi çalışmışam.

Bunu Trend-ə 93 yaşlı Kəlbəcər ağsaqqalı Əliaslan Məmmədov deyib.

"Vaxtilə həmin uran yatağının üstünü basdırıb plombladılar. Mən bu saat da həmin yataqların yerini bilirəm. İnşallah Prezident İlham Əliyev bizi Kəlbəcərə qaytaracaq və bizlər yenidən həmin təbii sərvətlərin sahibi olacağıq. İlham Əliyev Heydər Əliyevin nişanəsi, onun yurdunun sahibidir, inşallah o arzularımızın hamısını çin edəcək"- deyə Ə.Məmmədov bildirib.

Xəbər lenti