Xəzər Xəbər

Ermənistan ordusu Ağdamın cəbhəyanı kəndlərini atəşə tutur - VİDEO

Veb TV | 17:59 • 17 Oktyabr 2020
Ermənistan ordusu Ağdamın cəbhəyanı kəndlərini atəşə tutur -

Ağdam rayonunda vəziyyət hər keçən gün daha da gərginləşir. Gecə saatlarından etibarən Ermənistan ordusu humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq rayonun cəbhəyanı kəndlərini atəşə tutur.

Xezerxeber.az-ın məlumatına görə, gecə saat 1-2 radələrindən başlayaraq yaşayış məntəqələri ağır artilleriyadan və toplardan atəşə tutulub. Rayonun Qaradağlı kəndində bir neçə evə və təsərrüfata ziyan dəyib.

Kənd sakinlərinin sözlərinə görə, səhər saatlarına qədər kəndlər atəş altında saxlanıb.

Cəbhəyanı yaşayış məntəqələrinin sakinləri heç nədən qorxmadıqlarını və ordumuza güvəndiklərini bildiriblər.

Hazırda Ağdam istiqamətində vəziyyət gərgin olaraq qalır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti