Xəzər Xəbər

Kəndləri işğaldan azad edilən Cəbrayıl sakinlərinin təəssüratları - VİDEO

Veb TV | 21:38 • 7 Oktyabr 2020
Kəndləri işğaldan azad edilən Cəbrayıl sakinlərinin təəssüratları -

Otuz ilə yaxındır ki, həsrət qaldıqları torpağı, evi, təhsil aldıqları məktəbi, hətta birlikdə addımladıqları yolu ilk dəfə gördülər...

Xezerxeber.az-ın məlumatına görə, Cəbrayıl rayonunun Şükürbəyli və Şəybəy kəndlərinin videolarını görən kənd sakinləri sevinc və kədər hissini eyni anda yaşadıqlarını deyirlər.

Videoda kimisi atasından bir yadigar, kimisi gəncliyindən bir anı xatırlayır.

Cəbrayıl sakinlərinin dediyi bir sey var - "Sevinirik ki, kəndimiz azad olunub. Amma təəssüflənirik ki, azad olunan torpaqlarda qoyub getdiyimiz tikililərdən heç bir şey qalmayıb".

Cəbrayıl rayonunun Şəybəy kənd sakini Habil Məmmədov da ömrünün gənc çağında məcburi olaraq çıxdığı kəndini xoş hisslərlə xatırladığını deyir.

İllər öncə gözəl təbiəti, yeni tikililəri qoyub getmək məcburiyyətində qalan cəbrayıllılar kəndin indiki görüntüsündən təəssüflənsələr də, ümidlərini itirmirlər. Deyirlər ki, yenidən qurub- yaradacaqlar, əsas torpaq olsun...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti