Xəzər Xəbər

Düşmənin raket zərbələri endirdiyi Mingəçevirdən yeni görüntülər VİDEO

Veb TV | 11:45 • 5 Oktyabr 2020
Düşmənin raket zərbələri endirdiyi Mingəçevirdən yeni görüntülər

Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları qarşısında aciz qalan Ermənistan getdikdə daha da azğınlaşır. Dinc əhali, mülki obyektləri ağır artilleriya qurğularından atəşə tutan düşmən indi də strateji obyektləri hədəf seçir. Ötən gün axşam saatlarında Ermənistan ərazisindən Mingəçevir şəhərinə 3 raket atılıb. Raketlərdən 2-si partlamayıb. Onlardan biri şəhərdəki istilik elektrik stansiyasının qarşısına düşüb. Baş prokurorrluğun yaydığı məlumata görə şəhərin raket atəşinə tutulması nəticəsində 5 nəfər yaralanıb.

Ermənistan silahlı Qüvvələri dinc əhalini, mülki obyektləri atəşə tutmaqla kifayətlənmir. Düşmən artıq strateji əhəmiyyətə malik olan məntəqələri hədəf alır.

Ötən gecə saat 23 radələrindən başlayaraq döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycanın sənaye şəhəri, 100 mindən artıq əhalisi olan Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutulub.

Atılmış 3 raketdən 2-si partlamayıb. Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyasının qarşısına düşüb.

Atılan digər raketlərisə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. Üçüncü raketin fərdi yaşayış evinə atılması nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda, evə külli miqdarda ziyan dəyib.

Hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Xəbər lenti