Bakı 30 ℃
Xəzər Xəbər
USD 1.7

Bakıda koronavirusa yoluxduğunu bilən şəxs mağazaya getdi və... - ŞOK VİDEO

Veb TV | 09:26 • 2 İyul 2020
Bakıda koronavirusa yoluxduğunu bilən şəxs

Paytaxtın Səbail rayonunda COVİD-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq saxlanılıb.


Bakı şəhər Baş Polis İdarəsindən XəzərXəbər-ə verilən məlumata görə, Səbail RPİ əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Bibiheybət qəsəbə sakini 1994-cü il təvəllüdlü Həmid Məmmədzadəyə COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Təyin edilən qaydalara baxmayaraq, onun yaşayış yerini tərk edərək, vətəndaşların intensiv hərəkət etdiyi mağazalardan birindən aşkar olunaraq, aidiyyəti üzrə müvafiq ünvana yerləşdirilib.


Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 139-1- ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.



Xəbər lenti

Çox oxunanlar