Xəzər Xəbər

Bakıda zibillərin miqdarı artıb VİDEO

Veb TV | 22:16 • 6 İyun 2020
Bakıda zibillərin miqdarı artıb

Sərt karantin rejimi günlərində paytaxtda zibilin həcmi artıb. Buna səbəb kimi ötən gün paytaxt mağazalarından alınan ərzağın miqdarının bir neçə dəfə artması göstərilir. Bütün bunlara baxmayaraq, yollar boş olduğundan zibillərin daşınması da rahat olub. Elə buna görə də zibil konteynerləri gün ərzində bir neçə dəfə boşaldılır və şəhərin təmizliyinə diqqət yetirilir. Sabah isə şəhər yenidən dezinfeksiya ediləcək.




Sərt karantin rejiminə baxmayaraq, səhər saatlarından etibarən paytaxtın müxtəlif ərazilərində yerləşən zibil konteynerlərinin daşınmasına başlanıb. Bakı Şəhər Mənzil Kommunal Xidmətləri Müəssisəsindən verilən məlumata görə, zibilin həcmi ötən günlərə nisbətən artıq olub. Bunun səbəbi insanlar evdə olduqları üçün qidanın daha çox istifadə edilməsidir.



Paytaxtda zibilin həcminin artmasına baxmayaraq, bu tullantıların daşınmasında heç bir problem olmayıb. Yollar boş olduğu və zibil konteynerlərinin qarşısında avtomobil saxlanmadığı üçün kommunal təsərrüfatı əməkdaşlarının işləri xeyli asanlaşıb.



Zibilin daşınması ilə yanaşı, şəhər küçələrinin təmizlənməsi işləri də həyata keçirilir. Eyni zamanda sabah Bakının mərkəzində və qəsəbələrdə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, işlərə səhər saatlarından etibarən başlanacaq. Bu çərçivədə şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri görüləcək.


Xəbər lenti