Xəzər Xəbər

Əməkdar artistin koronavirus testinin CAVABI Rejissorun SON DURUMU - VİDEO

Veb TV | 20:25 • 28 May 2020
Əməkdar artistin koronavirus testinin CAVABI

Əməkdar artist Şəfəq Əliyevanın ardından bu dəfə digər bir əməkdar artist, Irəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev də koronavirusa yoluxub. Əməkdaşlarımız rejisorla əlaqə saxlayıb, vəziyyəti ilə maraqlanıblar. Əməkdar artistin insanlara maraqlı məsləhəti də olub



Daha bir aktyor koronavirusa yoluxub. İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev xəstəxanaya yerləşdirilib.


Hazırda vəziyyəti stabil olan rejisorun sözlərinə görə xəstəliyin ilkin əlamətlərini hiss etsə də, amma ilk başda həkimə müarciət etməyib. Lakin daha sonra vəziyyətin gərginləşdiyini görüb, həkim çağırıb.


Rejisorun sözlərinə görə, ailə üzvlərindən narahat olsa da amma onlardan alınan testin cavabı neqativ çıxıb.


Sərvər Əliyev koronavirusa dırnaq arası baxanlara da səslənib.


Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Şəfəq Əliyevanın koronavirus testinin nəticəsi pozitiv çıxmışdı.


Xəbər lenti