Xəzər Xəbər

Daş karxanaları qaz xətlərinə zərər vurur - VİDEO

Veb TV | 20:07 • 27 Mart 2020
Daş karxanaları qaz xətlərinə zərər vurur -

Bir neçə rayonun ərazisindəki çaylarda daş karxanalarının genişlənən fəaliyyəti həmin ərazilərdən keçən qaz xətlərinə zərər vurur. Çayın divarları yuyulduqca qaz kəmərlərini saxlayan dirəklər dayanıqlığını itirir.

Bu günlərdə sel suları Qudyalçayın üzərindən keçən qaz xəttini yararsız hala salıb.

Xezerxeber.az-ın məlumatına görə, "Azəriqaz" İstehsalat Birliyinin Təmir-tikinti İdarəsi bərpa işləri aparıb. Bu günlərdə Quba rayonunda Nügədi kəndi yaxınlığında, Qudyalçayın üzərindəki 273 mm diametrində sel sularının yuyaraq zədələdiyi qaz xəttinin çay keçidi əvvəlki formasına qaytarılıb. Bundan başqa, Zərdab rayonu ərazisində, Qarasu çayı üzərindən keçən 273 mm diametrində qaz xəttinin çay keçidinin yenilənməsi də planlaşdırılır.

"Azəriqaz" İstehsalat Birliyi ölkəmizin qaz kəmərləri keçən çaylarında işləyən daş karxanalarının sahiblərindən xahiş edir ki, diqqətli olsunlar, qaz kəmərləri üçün təhlükəli qəza şəraitinin yaranmasına yol verməsinlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar