Xəzər Xəbər

Azərbaycanda koronavirusun geniş yayılmaması üçün təsirli tədbirlər görülür - VİDEO

Veb TV | 20:42 • 25 Mart 2020
 Azərbaycanda koronavirusun geniş yayılmaması üçün təsirli tədbirlər görülür  -

Azərbaycan dövləti koronavirus təhlükəsinin ilk olaraq başqa ölkələrə yayıldığı andan qabaqlayıcı tədbirlərin görülməsinə başladı. Bu gün ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyətin bir çox ölkədən yaxşı olması məhz bu tədbirlərin nəticəsidir.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət başçısının Hövsandakı açılış mərasimində söylədiyi bu fikirlər dünyada və Azərbaycanda baş verənlərin müqayisəli təhlilinin real mənzərəsidir.

Azərbaycan baş verənlərə ən sürətli reaksiya verən ölkələr sırasındadır. Elə pandemiyanın zərərlərinin aradan qaldırılması üçün 1 milyard manat vəsaitin ayrılması və bu istiqamətdə 4 işçi qrupunun yaradılması dövlətin bu məsələdə nə qədər qərarlı olduğunu ortaya qoydu.

Millət vəkili Vüqar Bayramov bildirir ki, artıq sahibkarlara dəyən zərərin qarşılanması ilə bağlı ilkin təkliflərdə nələrin əhatə olunması bəllidir. Bundan başqa, vətəndaşların məşğulluq problemlərinin də aradan qaldırılması üçün bir sıra addımlar atılacaq.

Dövlət başçısının da diqqət çəkdiyi kimi, Azərbaycanın bir-birinə mərhəmət və dəstək olmaq kimi milli dəyərləri koronavirusla mübarizədə önəmli rol oynayır.

Millət vəkili Sevil Mikayılova hesab edir ki, ölkədə koronavirusla mübarizədə gənclər xüsusilə fəallıq nümayiş etdirməlidirlər.

Koronavirusla mübarizədə lazımi addımların atılması ilə yanaşı, dövlətin həyata keçirdiyi heç bir sosial layihə də dayandırılmayacaq. Bu isə o deməkdir ki, dövlət ən çətin anda belə sosial xərcləri ixtisar etməyəcək və Azərbaycan vətəndaşlarının sosial rifahı hər zaman olduğu kimi prioritet olaraq qalmağa davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti