Xəzər Xəbər

Xocalı soyqırımından 28 il ötür - VİDEO

Veb TV | 18:25 • 26 Fevral 2020
 Xocalı soyqırımından 28 il ötür  -

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 28 il ötür.

Xezerxeber.az-ın məlumatına görə, minlərlə insan bu gün Xocalı prospektinə axın edib.

İnsanlar əllərində qərənfillərlə Xocalı soyqırımının qurbanlarının xatirələrini yad ediblər.

Ziyarətə gələnlərin sayı çox olduğundan insanlar abidəni qrup şəklində ziyarət ediblər.

İnsanların ziyarəti axşam saatlarına kimi davam edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti