Xəzər Xəbər

Sürücülərin NƏZƏRİNƏ: Ustalar bunun çox təhlükəli olduğunu bildirir - VİDEO

Veb TV | 19:42 • 23 Fevral 2020
Sürücülərin NƏZƏRİNƏ:

Bəzi sürücülər avtomobilin arxa yaylarını qaynaq etdirərək idarə edirlər. Bununla avtomobilin arxa hissəsi aşağı olur və onlar belə zənn edirlər ki, maşın belə olan halda daha yaxşı görünür. Bəzən isə hansısa detalı dəyişmək əvəzinə onu qaynaq yolu ilə bərpa etməyə üstünlük verirlər. Lakin ustalar bunun çox təhlükəli olduğunu bildirir.

Avtomobilin arxa yayları xüsusi qaynaq vasitəsi ilə qaynaq edilib. Bununla da maşının arxa hissəsi aşağı salınır.

Bakıda bəzi sürücülərin əl atdığı bu üsul qəzaya səbəb olan əsas amillərdəndir.

Ustalar deyir ki, gənclər avtomobilin arxası hissəsini aşağı göstərmək üçün ustalara avtomobilin yaylarını qızdıraraq aşağı saldırırlar. Bu dəb isə son illər yaranıb.

Elə sürücülər də şəhərdə belə avtomobillərin çox olduğunu bldirir. Etiraf edirlər ki, bu təhlükəlidir.

Avtomobil ustası Sahil Ağabəyli bildirir ki, bəzən sürücülərucuz başa gəlsin deyə bəzi detalları qaynaq etdirərək büdcələrinə qənaət etməyə çalışır. Və yaxud hansısa detal baha olduqda onun qəlibini çıxararaq istifadə edirlər.

Ustalar sürücüləri avomobilin detalını dəyişərkən ancaq keyfiyyətliləri ilə əvəz etməyi tövsiyyə edir.

Xəbər lenti