Xəzər Xəbər

Summativ qiymətləndirmə ilə bağlı narazılığa SON VİDEO

Veb TV | 19:27 • 18 Fevral 2020
Summativ qiymətləndirmə ilə bağlı narazılığa SON

Təhsil Nazirliyi ''ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının aparılması qaydası"nda dəyişiklik edib. Əvvəllər summativ qiymətləndirmədən narazı olanlar birbaşa Təhsil Nazirliyinə və ya yerli təhsil idarəetmə orqanlarına müraciət edə bilirdilərsə, indi bu qərar ləğv edilib. Əgər şagirdin və ya valideynin narazılığı varsa, bunu şagirdin təhsil aldığı məktəbin rəhbəri araşdıracaq. Qanunda daha hansı dəyşikliklər var?

Təhsil Nazirliyi Summativ qiymətləndirmənin nəticələrindən şikayət etmə qaydalarına dəyişiklik edib. Artıq summativ qiymətləndirmənin nəticələrindən narazı olan şagird və valideynlər birbaşa Təhsil Nazirliyinə və yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilməyəcəklər. Yeni qaydalara əsasən, nəticədən narazı olanlar 30 gün müddətində təhsil aldıqları məktəbin rəhbərinə yazılı şikayət edə bilərlər.

Nazirliyin ümumi və məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisi Gülnarə Xudiyeva deyir ki, əgər valideyn, şagird və ya digər qanuni nümayəndəsi məktəb rəhbərliyinin qərarı ilə razılaşmadıqda onlar Təhsil Nazirliyinə müraciət edə biləcəklər.

Şikayətdə göstərilən hallar öz təsdiqini tapdıqda, müvafiq tədbirlərin görülməsi barədə ümumi təhsil müəssisəsinə tapşırıq veriləcək.

Xəbər lenti

Çox oxunanlar