Xəzər Xəbər

Avropa ilə Asiyanı birləşdirən fiber-optik xətt Azərbaycandan keçəcək VİDEO

Veb TV | 19:40 • 19 Yanvar 2020
Avropa ilə Asiyanı birləşdirən fiber-optik xətt Azərbaycandan keçəcək

Avropa ilə Asiyanı birləşdirən fiber-optik xətt Azərbaycandan keçəcək

Trans-Xəzər fiber-optik kabel xətlərinin çəkilişi üzrə işlər davam etdirilir. Layihənin icraçılarından biri olan "AzerTelecom" şirkətinin baş direktoru Fuad Allahverdiyev bildirir ki, Xəzərin dibi ilə magistral xətlərin çəkilməsi ilə Avropa ilə Asiya arasında tarixi "İpək Yolu"nun üzərində "Rəqəmsal İpək Yolu" formalaşacaq. Trans-Xəzər layihəsi 2 istiqamət üzrə nəzərədə tutulub. Bunlardan biri Azərbaycan-Qazaxıstan, digəri isə Azərbaycan-Türkmənistan marşrutlarıdır.

Fuad Allahverdiyevin sözlərinə görə, hazırda ölkəmizdə və ətraf regionlarda internetə olan tələbat ildə 60-70 faiz artır. Bu da alternativ marşrutlara ehtiyac yaradır. Trans-Xəzər layihəsinin reallaşması həmçinin, Azərbaycanı regionun rəqəmsal və beyin mərkəzinə çevirəcək. Bu, həm də layihənin icra müddətində 2 minə yaxın yeni iş yerinin yaranması deməkdir.

Layihənin 2021-2022-ci illərdə tamamlanması planlaşdırılır.

Xəbər lenti