Xəzər Xəbər

Azərbaycanda 20 Yanvar Muzeyi yaradılmalıdır - TƏKLİF və RƏSMİ CAVAB - VİDEO

Veb TV | 20:14 • 16 Yanvar 2020
 Azərbaycanda 20 Yanvar Muzeyi yaradılmalıdır  -

Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsinin əbədləşdirilməsi üçün muzey yaradılmalıdır.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə 20 Yanvar İctimai Birliyinin sədri Sultan Əzimzadə deyib.

O qeyd edib ki,bu barədə Mədəniyyət Nazirliyinə dəfələrlə müraciət ediblər, amma nəticəsi olmayıb.

Sultan Əzimzadə müqayisə üçün qeyd edib ki, qonşu Gürcüstanda 9 aprel hadisələrində dünyasını dəyişənlərə belə muzey yaradılıb. Baxmayaraq ki, həmin hadisələrdə 20 Yanvar faciəsindən dəfələrlə az adam dünyasını dəyişib: "Ölkənin gəncləri bilməlidir ki, yaşadıqları müstəqil ölkə hansı qurbanların hesabına başa gəlib".

Vətəndaşlar da muzeyin yaradılmasının vacib olduğunu deyirlər.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən "Xəzər Xəbər"ə bildirdilər ki, muzey yaratmaq onların ixtiyarında olan bir məsələə deyil. Bununla bağlı müvafiq sərəncam və ya Nazirlər Kabinetinin qərarı olmalıdır. Bundan sonra icraedici orqan kimi Mədəniyyət Nazirliyi onun qurulması istiqamətində işlərə başlaya bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar