Xəzər Xəbər

Vətəndaşların banklardakı əmanətləri azalır VİDEO

Veb TV | 19:45 • 15 Dekabr 2019
Vətəndaşların banklardakı əmanətləri azalır

Bir zamanlar banklar kapital toplamaq üçün vətəndaşları yüksək faizlərlə əmanət qoymağa cəlb edirdi. Götürülən əmanətlərdən nəzərəçarpacaq fərqlə də kreditlər verirdi. Son zamanlar isə banklar əmanət faizlərini 2 dəfəyə qədər aşağı salıb. Bu isə əmanətlərə marağı azaldıb. Növbəti ildən isə bu sektorun yenidən canlanacağı gözlənilir.

Son 1 il ərzində əmanətlərin faizləri sürətlə düşərək 19 faizdən 9 faizə qədər enib.

Manatın məzənnəsinim sabitləşməsi və bankların kapital yığımını təmin etməsi son illərdə əmanət faizlərinin aşağı enməsinə təsir edib. Belə ki, bankların 15 faizlə vətəndaşdan götürdüyü depozitlər bankların kredit portfelini artıq formalaşdırıb. Nəticədə banklar artıq daha aşağı faizlə depozit götürürlər.

İqtdisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, növbəti ildə sektorun yenidən canlanması gözlənilir. Belə ki, aparılan struktur islahatları biznesin inkişafını təmin edəcək. Bununla da kreditlərə tələbat artacaq. Banklar öz növbəsində yenidən kapital yığımı həyata keçirmək üçün vətəndaşlardan əmanət toplanması üçün xüsusi təkliflər həyata keçirə bilər.

Ekspertin fikrincə, sığortalanan əmanətlərin faiz həddinin 10 faiz müəyyənləşdirilməsi əmanətlərə qarşılıq ödənilən məbləğin 10 faizdən çox olmayacağını deməyə əsas verir.

Xəbər lenti