Xəzər Xəbər

Qubada narkotik alverçiləri tutuldu VİDEO

Veb TV | 19:31 • 10 Dekabr 2019
Qubada narkotik alverçiləri tutuldu

Quba rayonunda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Onlardan metamfetamin, heroin eləcə də qurudulmuş marixuana götürülüb. Astarada isə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilmiş 451 ədəd metadon həbi aşkarlanıb.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkotik vasitələr satan şəxslər ifşa edilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri, əvvəllər məhkum olunmuş 37 yaşlı Xalid Hacızadə və 29 yaşlı Cəbrayıl İlyasov saxlanıblar. Hər iki şəxsin üzərindən narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı onlar rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduqlarını, narkotikləri isə Xalid Hacızadənin kirayə yaşadığı evdə saxladıqlarını etiraf ediblər. Evə keçirilən baxış zamanı isə oradan qabaqcadan satış üçün hazırlanmış bükümlərdə olan küllü miqdarda metamfetamin və heroin, eləcə də kibrit qutularında olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Astarada isə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilmiş 451 ədəd metadon həbi aşkarlanıb. Rayonun Təngərüd kənd sakini səxavət qasımov narkotik vasitə olan 4 ədəd metadon həbini satarkən saxlanılıb. Onun üzərinə baxış zamanı 447 ədəd metadon həbi aşkar edilərək götürülüb. səxavət qasımov narkotik vasitəni respublika ərazisinə qaçaqmal yolu ilə keçirmiş iran vətəndaşından əldə etdiyini bildirib. faktla bağlı araşdırma aparılır.

Xəbər lenti