Xəzər Xəbər

VİDEO: "Formula-1" yarışlarına hazırlıq günü-gündən sürətlənir

Veb TV | 09:26 • 22 Mart 2016
VİDEO: "Formula-1" yarışlarına hazırlıq günü-gündən sürətlənir

Ölkəmizdə ilk dəfə olaraq keçiriləcək Formula 1 yarışlarına hazırlıq günü-gündən sürətlənir. Sabahda yarışla əlaqədar yollarda üst lay asfaltın döşənilməsinə başlanılacaq. Bu səbəbdən sürücülərin alternativ yollardan istifadə etməsi tövsiyyə edilir.

Dünyanın ən çox maraqala izlənən və böyük tamaşaçı kütləsi olan yarışlardan biri olan Formula 1-in Bakı mərhələsinə 3 aydan da az bir vaxt qalmış hazırlıq işləri sürətlə davam edir. Hazırlığın əsas hissəsindən biri yarış pistinin asfalt örtüyünün salınmasıdır.

Sabahdan etibarən Bakıda Formula 1 yarışlarının keçiriləcəyi küçələrdə asfaltın üzərinə üst layın döşənilməsi başlanılacaq. İlkin mərhələdə Neftçilər prospektindən başlayaraq Puşkin küçəsi və Xəqani küçəsinin bu küçə ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsi 2 təmirə bağlı olacaq.

Martın 25-27 -si aralığında isə Xəqani küçəsinin digər yarısı və Zərifə Əliyeva küçəsinda asfaltlanma işi həyata keçiriləcək. Martın 28-dən 30-na kimi yolun Kukla teatrına qədər olan ərazisi təmirə bağlanacaq.

31 Martdan - aprelin 5-nə kimi isə Qoşa Qala qapısının yanından metronun İçərişəhər stansiyasının qarşısınadək olan yol, hissə-hissə nəqliyyatın hərəkətinə bağlanacaq. Aprelin 6-dan – 8-nə kimi üst layın vurulması işi Azneft meydanına qədər aparılacaq.

Aprelin 9-dan 19-na qədər isə Neftçilər prospekti hissə-hissə bağlanaraq bu yolda təmir işləri həyata keçiriləcək. Qeyd edilən müddətlərdə sürücülərin alternativ yollardan istifadə etmələri xahiş edilir. Qeyd edilən iş qrafiki hava şəraitindən aslı olaraq dəyişdirilə bilər.

Xəbər lenti