Xəzər Xəbər

VİDEO: Avtomobil maneəyə çırpıldı - 1 ölü

Veb TV | 09:32 • 22 Mart 2016
VİDEO: Avtomobil maneəyə çırpıldı - 1 ölü

Cəlilabadda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Yoldan çıxan avtomobil dəmir konstruksiyalara çırpılıb. Lənkəranda isə iki avtomobilin toqquşması ölümlə nəticələnib.

Maneəyə çırpılan avtomobildə 1 nəfər öldü. Hadisə Cəlilabadda olub. Bakı şəhər sakini Həşim Həşimov sükanı arxasına oturduğu minik avtomobilində idarəetməni itirib və maşın yoldan çıxaraq beton maneəyə çırpılıb. Nəticədə sürücü daxil olmaqla avtomobildəki sərnişinlər - tələt ağayev və fərhad mirzəyev ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, fərhad mirzəyevin həyatını xilas etmək mümkün olmayıb. ilkin ehtimala görə, qəzaya avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub.

Lənkəranda isə iki avtomobilin toqquşması ölümlə nəticələnib. Hadisə rayonun Aşağı Nüvədi qəsəbəsi ərazisində qeydə alınıb. Lənkəran rayon sakini, 28 yaşlı Qabil Əbdülovun idarə etdiyi minik avtomobili qarşı tərəfdən gələn digər minik avtomobili ilə toqquşub. Güclü zərbədən sürücü və onun sərnişin kimi avtomobildə əyləşən uşaqları - 12 yaşlı Elvira və 9 yaşlı Şamo müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralılara lazımi tibbi yardım göstərilsə də, başından ağır yara alan 9 yaşlı Şamonun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar